Abşeron polis idarəsində yeni kadr təyinatı oldu

Abşeron Rayon Polis İdarəsində yeni kadr təyinatı olub.
"Sherg.az" "Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Rzayev Orxan İlqar oğlu Abşeron Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.