Kahramanmaraşda güclü fırtına: ölü və yaralılar var

Türkiyənin fevral ayında zəlzələ baş verən Kahramanmaraş vilayətinin Pazarcık bölgəsində güclü fırtına baş verib.
Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, fırtına zəlzələ qurbanlarının sığındığı çadırları dağıdıb, binaların damları uçub.
Fırtına nəticəsində 1 nəfərin öldüyü, 44 nəfərin yaralandığı bildirilir.