Abşeronda ana və övladları itkin düşüb

Abşeronda ana dörd uşağı ilə birgə itkin düşüb. 
Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Saray qəsəbə sakini S.Fərəcova övladları 7 yaşlı Vaqif, 10 yaşlı Mahmud, 5 yaşlı Nihad və 5 yaşlı Nurayla birlikdə yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıblar. 
Hadisə ilə bağlı Abşeron polisinə məlumat daxil olub. Hazırda onların axtarışları həyata keçirilir.