“Avrovizi“Avroviziya” şərhçimiz açıqlandı


“Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi aparıcı Azər Süleymanlı olacaq.
Bu barədə aparıcı “Instagram”da bildirib.
Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Azərbaycanı “Avroviziya-2023”də “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edəcəklər.