Bayraq qalmaqalına görə YENİ QADAĞA - Bütün dünyada...

Ağır atletlərin mükafatlandırma mərasiminə dövlət bayraqları ilə qatılması qadağan olunacaq.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Mohamed Calud bildirib.
“Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) idmançıların mükafatlandırma mərasiminə milli bayraqlarla daxil olmasını qadağan edəcək”, - o vurğulayıb.
Qeyd olunur ku, bu qərara bir sıra insidentlər səbəb olub. Belə ki, aprelin 14-də İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq Azərbaycan bayrağını yandırıb, bundan sonra Azərbaycan yığma komandası çempionatı tərk edib. Həmçinin 2022-ci ildə Albaniyada keçirilən yeniyetmələr arasında Avropa çempionatı zamanı Türkiyə və Ermənistan idmançıları bayraqları ilə bir-birini podiuman sıxışdırmaöa çalışıblar.
IWF prezidenti qeyd edib ki, qadağa qurumun növbəti İcraiyyə Şurasının iclasında rəsmi şəkildə qəbul ediləcək. Onun sözlərinə görə, bayraqlar yenə mükafatlandırma mərasimlərində görünəcək, ancaq idmançıların əlində deyil, yalnız ekranda təsvirlər şəklində olacaq.