Hikmət Cavadov yeni vəzifəsinin icrasına başladı

“Bu gündən etibarən Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun müşaviri kimi fəaliyyətə başladım".
Bakupost.az xəbər verir ki, bu barədə açıqlama ilə Ukrayna Alid Radası sədrini müşaviri təyin olunan Hikmət Cavadov çıxış edib.
“Mənim üçün bu təyinat böyük şərəf və eyni zamanda böyük məsuliyyətdir. Ali Rada hazırda dünyanın ən fəal və səmərəli parlamentlərindən biridir. Yüksək etimada görə, Ukrayna dövlətinə minnətdarlığımı bildirirəm və Ukraynanın mövqelərinin daha da möhkəmlənməsi üçün bütün səylərimi əsirgəməyəcəyimə söz verirəm".
Qeyd edək ki, Hikmət Cavadov bu günlərdə Ukrayna Ali Radası sədrinin müşaviri vəzifəsinə təyinat alıb.