Biləsuvar sakini Cəlilabadda bıçaqlanıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, 1999-cu il təvəllüdlü Biləsuvar rayon sakini, Rafiq Mirzəzadə qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

O, ağır vəziyyətdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumata görə, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.