Aqil Abbasın oğluna yeni vəzifə verildi

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə yeni rəis təyin edilib.
"Sherg.az" uniklal-a istinadla bilıdirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, rəis vəzifəsinə polis polkovnik-leytenantı Tuncay Abbasov təyinat alıb.
Qeyd edək ki, Tuncay Abbasov deputat Aqil Abbasın oğludur. O bu təyinatadək Binəqədi RPİ-nin 7-ci polis bölməsinin rəisi olub.