Yazıçı Aysel Əlizadə "Nərmin işi" ilə bağlı feysbukda paylaşım edib.
"Sherg.az" xəbər verir ki, o paylaşımında yazır:
"İşgəncə altında ifadə verdiyini deyən İlkin Süleymanovun qətli edib etmədiyinə özünüz qərar verin. Bizi iki ildi inandırmağa çalışırlar ki, bu adam zülm, işgəncə gördüyü üçün hadisəni boynuna götürüb. Guya bu videodan öncə ayaqları suluq edənəcən dubinka ilə döyülüb. Başı-bədəninə dəhşətli zərbələr endirilib.
Görüntüdə isə hoppana-hoppana, həvəslə uşağı necə aldadıb tələyə saldığını, oğurladığını, hadisələrin bütün detallarını toyuq oğurlamış kimi sadə şəkildə danışan bir manyak var. Mən bu videonu izləyib o uşağın 47 gün nələr çəkdiyini yenidən gözümün qabağına gətirdim. 47 gün! Əli-qolu dəmir yatağa bağlı, ağzı sarılmış 10 yaşlı uşaq! Allah sizin heç birinizi bağışlamayacaq, amma bu haqda sonra mütləq!".
Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı 2019-cu il noyabrın 21-də itkin düşüb. Yanvarın 6-da azyaşlının Dondar Quşçu kəndi ərazisində yanmış meyiti aşkar edilib. İyunun 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunda azyaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 18 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb