Fazil Mustafa: "Avropada Naftalan brendinə rast gəldim"

"Bu yaxınlarda Avropada bizim "Naftalan" ilə bağlı brendə rast gəldim. Amma təccübləndim ki, başqa ölkələrin istehsalı olan məhsul kimi təqdim olunur".

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

"Bizim İstisu, Qalaltı kimi sərvətlərimiz var. Azərbaycanın yüzlərlə təbii mənbələri var. Biz bu brendləri öz adımızla dünyaya çıxarmaq barədə düşünməliyik. Bunun üçün Azərbaycanda qurum da var. Naftalan nefti ən brend məhsuldur. Buraya il ərzində 4 mindən çox turist müalicə üçün gəlir. Biz bu brendimizi də öz adımızla dünyaya çıxarmalıyıq", - deyə o qeyd edib.