İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin şimalındakı Manara, İftah və Malkiya bölgələrini qapalı hərbi zona elan edib.
APA xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, müvafiq qərar mövcud vəziyyətin qiymətləndirilməsindən sonra qəbul edilib.
Q
"Bu ərazilərə giriş qadağandır", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.