Oktyabrın 5-də Bakı Ekspo Mərkəzində keçirililən X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı Vasif Qurbanzadənin “Canavar qulağı” (savaş hekayələri) kitabının imza saatı baş tutub.
“Qafqazinfo” xəbər verir ki, kitabda müəllifin 44 günlük Vətən müharibəsi zamanı şahid olduğu hadisələrdən təsirlənərək qələmə aldığı hekayələr yer alıb, Vətən müharibəsinin qəhrəmanlıq səhnələri bədii təsvirlə oxucuların ixtiyarına verilib.
“İpəkyolu” nəşriyyatının təqdim etdiyi kitab Azərbaycan ordusunun fədakarlığı, xalqımızın birlik və həmrəyliyinin ifadəsi baxımından olduqca əhəmiyyətlidir.