İndi faciənin hökmranlığı altındayıq - Qalstanyan

Bütün eks-prezidentlərin dövründə səhvlər olub, amma indi biz faciə yaşayırıq.

Sherg.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.

“Mən bütün eks-prezidentlərin dövründə müxalifətdə olmuşam. O vaxt biz səhv liderlərin hakimiyyəti altında yaşayırdıq. Amma indi faciənin hökmranlığı altındayıq. Bütün bu dövrlər ərzində biz ən yüksək təhlükəsizlik səviyyəsində idik. Əsasən daxili, məişət problemlərimiz vardı. Heç bir ölkə bizi təhdid etmirdi”, – deyə Qalstanyan vurğulayıb.