Uşaq pudrasından istifadə etməyin - Təhlükə var!


 Yay aylarında uşaqlarda daha cox nəzərə carpan səpgilər allergiya və infeksiyaların əlamətləridir."
"Sherg.az" Rusiya mətbuatına istinadən xəbər verir. ki , bu barədə peşəkar pediatr Marina Voevodniya jurnalistlərin sorğusuna cavab olaraq deyib. Həkimin məlumatına görə, uşaqlarda yaranan hər bir səpginin əsas səbəbləri allergiya və infeksiyaların əlamətləridir.
 "İmmunitet sisteminin patoloji reaksiyasına bir cox faktorlar təsir edə bilər: müəyyən qida məhsulları, toz, paltardan və ya oyuncaqdan kecən boyalar, heyvan tükləri, bitki tozu "  -deyə mütəxəssis izah verib.
 Pediatrın sözlərinə görə, əgər səpgilər allergiyadan qaynaqlanırsa, antihistaminik dərmanlar dərini qızartılardan qurtulmağa kömək edə bilər. Həkim qeyd edib ki , uşaqları valdeynlərin özlərinin müalicə etməsi doğru deyil. Dərisində səpkilər olan uşağı həkimə mütləq göstərmək vacibdir ki, reaksiyanın səbəbi dəqiq müəyyən edilsin.
Bəzi yolxucu xəstəliklər də səpki və qaşıntılara səbəb ola bilər. Bu vəziyyətdə uşaqda temperaturun artması, zəiflik, burun axıntısı, ishal da mümkündür. Belə simptomlar varsa, dərhal həkimə yollanmaq , tibbi müayinələrdən kecmək lazımdır.
 Menengit, qızılca, məxmərək, suçiçəyi də dəridə səpkilərə səbəb ola bilər və bu adi hal kimi qəbul olunmamalıdır. 
 “Həm uşaqlarda, həm də böyüklərdə səpgilər istidən də yarana bilər. Bədənin daha cox tərlənən hissələrində bu hal olur. Belə vəziyyətdə gigiyena qaydalarına əməl olunmalı , həkimin tövsiyyə etdiyi kremlə dərinin qıçıqlanmasının və səpkilərin qarşısı alınmalıdır. Uşaq pudrasından istifadə etmək tövsiyə edilmir, çünki pudra tozlarının uşağın tənəffüs yollarına düşməsi riski var

Mənbə: Lenta.ru

Turan