Rəşad dostuna həbsdən zəng edib - Təfərrüatlar

Meyxanaçı Rəşad Dağlı həbsdən ailəsi ilə yanaşı dostları ilə də əlaqə yaradır.

Bu barədə "Sherg.az"a onun dostu, prodüser Ataş Hüseyn məlumat verib.
O bildirib ki söz ustası qaydalar çərçivəsində ona iki dəfə zəng edib:

“Bu müddət ərzində iki dəfə zəng edib. Oradan zəng etməyə icazə verirlər. Özünə də deyirəm ki, nə lazımdırsa, deyə bilərsən. Məhkəmədə də dedim, dedi ki, heç nə lazım deyil. Başa düşürəm ki, bu adamın fikri-zikri ailəsinin yanındadır. Gərək bu hadisə baş verməzdi. Zəng edəndə çox danışa bilmirik. Oranın telefonudur, bir dəqiqə vaxt verirlər, həftədə bir nəfərə zəng etməyə icazə var. Ancaq danışanda səsini eşidirəm,sevinirəm. Başqa rejimə keçər, gedib görərik, yanında oturarıq. Hələ ki, icazə verilmir. Çünki məhkəmə prosesi davam edir”.

Qeyd edək ki, tanışı İskəndər Mehtiyevi qətlə yetirən Rəşad Dağlının 11 il həbsi istənilir.