Kobaxidze: Azərbaycanla Ermənistanın sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq

"Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin əhəmiyyəti böyükdür. Biz bu iki ölkənin nəticə etibarı ilə bir sülh sazişi üzrə razılıq əldə edəcəklərinə inanırıq".

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın tərəfdarıdır.