Lukaşenko: "Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət var"

Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var.

APA xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.

Belarus Prezidenti qeyd edib: “Bizim irəlilədiyimiz və təxminən 400 milyon dollar əmtəə dövriyyəsinə çatdırdığımız bir yol xəritəmiz var. Razılığa gəlmişik ki, bu yol xəritəsi Hökumətlərarası Komissiyanın Minskdə keçiriləcək növbəti iclasında bugünkü razılaşmalar və nazirlərimizin burada iki gün ərzində çalışdıqları, hələ üzərində işləyəcəkləri məsələlər nəzərə alınmaqla aktuallaşdırılacaq”.