Yeni Kaledoniyada etirazlar: Dəyən ziyanın həcmi açıqlandı

Yeni Kaledoniyada etiraz aksiyaları nəticəsində 200 milyon avrodan çox ziyan dəyib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin yerli ticarət və sənaye palatasının rəhbəri David Guyen məlumat verib.

Qeyd edək ki, daha əvvəl aksiyalar nəticəsində dəymiş ziyanın 150 milyon avro qiymətləndirildiyi bildirilmişdi.