Slovakiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
XİN Azərbaycan Prezidentinin Slovakiya Baş naziri Robert Fitsoya silahlı hücumu pisləməsini və dəstəyini yüksək qiymətləndirib.
Slovakiya XİN-in “X” hesabında Azərbaycan Prezidentinə dərhal verdiyi reaksiyaya və dəstək sözlərinizə görə təşəkkür ifadə edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdlə bağlı “X” səhifəsindəki paylaşım edib.
“Baş nazir Robert Fitsoya edilən sui-qəsddən təəccübləndim və dəhşətə gəldim. Mən bu hücumu şiddətlə qınayıram. Mənim fikrim Baş nazir Fitso, onun ailəsi və slovak xalqının yanındadır. Ona tezliklə sağalmağı arzulayıram”, - dövlət başçısı paylaşımında bildirib.