Azərbaycan mətbuatının 149 illiyi ilə bağlı keçirilən tədbirdə hər il olduğu kimi, bu il də “Əkinçi” qəzetinin işığında müasir mətbuatımızın perspektivlərinə və keçdiyi yola nəzər saldıq. Bu, təkcə ildönümü tədbiri deyil, həm də oxucular, dinləyicilər və izləyicilər qarşısında bir hesabatdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə açıqlamasında söyləyib.
Azərbaycan mətbuatının çox uzun və şərəfli yol keçdiyini, mətbuatımızın da Vətən müharibəsindən üzüağ çıxdığını, xalqımızın, dövlətimizin milli maraqlarını yerli və beynəlxalq ictimaiyyətə layiqincə çatdırdığını vurğulayan N.Məmmədli Azərbaycan mediasının bu gün də öz maarifləndirmə funksiyasını lazımi şəkildə icra etdiyini diqqətə çatdırıb.