Zelenski Trampın Ukrayna üçün sülh təklifinə münasibət bildirib

“Heç kim bizi istəmədiyimiz güzəştlərə məcbur edə bilməz”.
APA-nın məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski BBC-yə müsahibəsində ABŞ-nin 45-ci Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirə biləcəyi barədə fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ölkəsi ərazi bütövlüyünün bərpası məsələsində qətiyyətlidir.

Qeyd edək ki, D. Tramp noyabrın 5-də ABŞ-də keçiriləcək Prezident seçkisində iştirak edəcək.