Bakı Dövlət Universitetinin Qazax Filialının müəllimi, Botanika İnstitutunun doktorantı Pəri İlqar qızı Məmmədova, Türkiyədə yerləşən Yıldız Texnik Universitetinin Kimya laboratoriyasında bitkilərin yarpaq və çiçəklərində müxtəlif maddələrin tədqiqi ilə bağlı təcrübədə iştirak edib.
“Sherg.az” xəbər verir ki, Universitet rəhbərliyi Pəri İlqar qızı Məmmədovaya uğurlu işinə görə təşəkkür edib.
Bildirilib ki, bu münasibətlə Yıldız Texnik Universitetinin Fən və Ədəbiyyat fakültəsi ilə Bakı Dövlət Universitetinin Qazax filialının ikitərəfli əməkdaşlığının gələcəkdə də davam etdirilməsi Universitetlərimiz və ölkələrimiz üçün faydalı olacaq.
Qeyd edək ki, Pəri Məmmədovanın uğurlu tədqiqatın həyata keçirilməsində elmi rəhbəri professor Lətafət Mustafayeva böyük səy və dəstək göstərib.
P.Məmmədova dəstəyə görə professor L.Mustafayevaya minnətdarlığını bildirir.