Qızmar yay günlərində necə sərinlənək?

Qızmar istilərdə sərinləmək üçün çox da zəhmət çəkməyə ehtiyac yoxdur. 
Rusiyalı həkim-terapevt Nadejda Çernışeva istlərdən qorunmağın sadə üsulların haqqında danışıb. 
“Sherg.az” “Penzainform.ru”ya istinadən bildirir ki, həkim isti havada məişət texnikasından istifadə etməməyi məsləhət görür:
 “Evdə məişət texnikasını naqildən ayırın. Televizor, kompyüter kimi cihazlar havaya istilik yayır, mənzildəki rütubəti “udur”.  Ona görə də bu cihazlardan istifadə etməmək məsləhətdir”.
Həkim məsləhət görüb ki, tez-tez saf su içmək, otaqları sübh və gecə saatlarında havalandırmaq, havada nəmliyi artırmaq lazımdır. Bunun üçün otaqda su ilə dolu qab qoymaq olar. Təbii ki, düzgün qidalanma da istilərlə mübarizədə əsas qoruyucu vasitədir. Meyvə və giləmeyvələr, süd məhsulları (daha çox turşuluğu artıq olanlar, məsələn, ayran) qəbul etmək, qarpız yemək məsləhətdir. Bu məhsullar, həmçinin qarpız orqanizmi daxildən soyudur, sərinlik verir. Bundan başqa isti duş qəbul etmək də sərinlik hissini artırır, gümrahlıq gətirir. isti havalarda fiziki hərəkətlər etmək, idman məşğələlərinə getmək isə məsləhət deyil.