"Günahkar Nicat özüdür"  - Ekspert

"Neçə dəfə AVTOSFER.AZ saytında bu Nikonun qayda pozuntularını yaydıq, tənqid elədik. Adam vecinə almadı. DYP çağırıb cərimə yazdı. Yenə xeyri olmadı. Nəhayət, nəticə özünü göstərdi".

"Sherg.az" xəbər verir ki, bu sözləri feysbukda nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı ağır avtomobil qəzası keçirənbloger Nicat Şakirli (Nikosayagi) haqda yazıb. 

Ekspert qəzada günahı N. Şakirlidə görüb:

"Günahkar Nicat özüdür. Videoya baxdım. Yüksək sürət və sərt manevr bu qəzada əsas səbəbdir. 
Tanınmış adamlar da qəzaya düşür, ölür, yaralanır, qolunu, sağlamlığını itirir. Tanınmışların çoxu qayda pozur, “polislər sağolsun, saxlayanda hörmət edirlər” deyirlər. Bir də onda ayılırsan ki, qolunu kəsdilər".

Qeyd edək ki, Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Mütəllimov idarəetməni itirərək "Porsche" markalı avtomobili yük maşınına çırpıb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Əraziyə polis əməkdaşları və təcili tibbi yardım birqadası cəlb edilib. Qəza nəticəsində 1 nəfər ölüb, minik avtomobili yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan vətəndaş 29 yaşlı Şakirli Nicat sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, 23 yaşlı Rüstəmov Fəxri isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.