Uçan, qaçan robotlar… Onları ən yaxın köməkçimiz edəcəyik

Çinin paytaxtı Pekində VIII Dünya Robot Festivalı başlayıb. Burada robot-it tutmuş ən müxətlif işləri yerinə yetirən robot-insana qədər hər cür robotlar sərgilənir.
“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, festivala maraq böyükdür. Ən çox maraq göstərilənlər arasında “Cyberdog” adlı robot-itdir. Robot-it istehsal etmiş Çin firmasının sözçüsü festival haqqında danışaraq deyib ki, bu robot-it açıq məkanlarda insanlara yardım etmək üçün düzəldilib: “Gələcəkdə o, hətta yaşlı, baxıma möhtac insanlara da yardım edə biləcək. Onu ailə dostu olaraq görmələrini istəyirik. O, dördayaqlı kiçik dostlarımız kimi bizim köməkçimiz olacaq. Onu həqiqi itlər kimi hərəkət etdirəcəyik”. Festivalda robot-insanlar, uçan robotlar da sərgilənir. Ümumilikdə 50-dən çox yeni məhsul nümayiş olunur. Festivalda 160 yerli və xarici şirkətin iştirak etdiyi bildirilir. Festival bir həftə davam edəcək.