Onu bağışlamaq olarmı? - Psixoloqlardan MƏSLƏHƏT

Psixoloqlar sadə üsullar təklif edib

  Bunu yəqin ki, çoxunuz özünüzdən, həm də ətrafdakılardan soruşmusunuz. Birisi qəlbinizi qırdıqda və ya xoşagəlməz hansısa hərəkət etdikdə, kiminsə davranışı, sözləri sizi incitdikdə onu bağışlamayacağınıza hətta and da içmisiniz. Psixoloqlar isə bu fikirdədir ki, birini bağışlamamaq ilk növbədə bağışlamayan insanın özünə mənfi təsir göstərir. Bağışlamaq şəxsin ruhi-psixoloji vəziyyətini müsbətə doğru dəyişir, duyğularının motivasiya olunmasına yardım edir. Birisini bağışlaya bilməniz üçün psixoloqlar sadə üsullar təklif edib. 

“Sherg.az” “NTV.com.tr”yə istinadən onları təqdim edir. Bağışlamaq üçün ilk addım qarşınızdakı insanı anlamağa çalışmaqdan başlayır. Qarşı tərəfin duyğularını, fikirlərini anlamağa çalışın, ünsiyyət qurmağa səy göstərin. Bu, münasibətlərdəki soyuqluğun aradan qalxmasına yardım edəcək. Bağışlamaq duyğuları dəfn etmək anlamına gəlməz. Əsəb, kin-küdurət, hüzn və ya xəyal qırıqlığı kimi duyğularınızı qəbul edin və onlarla üzləşməyi bacarın. Yaraların sağalması üçün zamana ehtiyac var həmişə. Tələsik qərar verməyin. Sizdən qısa zamanda, tez-tələsik bağışlamağı kimsə tələb etmir. Düşünmək üçün sizə vaxt lazımdır. Amma sizə verilmiş zamandan düzgün istifadə etməlisiniz. Bu zamanı bağışlamağı öyrənmək üçün istifadə etməyə çalışın, daha da böyük kin saxlamaq üçün deyil. Fikirlərinizi toplayın. Bağışlamaq müddəti, əslində daxilinizdəki hissləri ayırd etmək üçün sizə verilmiş fürsətdir. Özünüzü tanımağa çalışın, dəyərlərinizi, ehtiyaclarınızı anlasanız, özünüzü tanısanız, qarşıdakını da tanıyacaqsınız və bağışlayacaqsınız. Bağışlasanız, rahatlanacaqsınız, özünüzü daha sərbəst, azad hiss edəcəksiniz. Günahlandırdığınız insanın mənfi aurasından xilas olacaqsınız. Əslində sizi üzən qəlbinizdə ilişib qalmış bağışlamaq istəyidir. Bu istəyi ürəyinizdə gizlətməyib çıxarsanız, yüngülləşəcəksiniz. Başqalarıyla fikirlərinizi, düşüncələrinizi paylaşın. Sizi anlayan və dəstəkləyən insanlarla danışmaq bağışlamaq mərhələsini asan keçirməyinizə yardım edəcək. Özünüzü irəlidə baş verə biləcək hadisələrdən də qoruyun. Özünü qorumaq sağlam duyğularla baş-başa qalmaq deməkdir. Bağışlamaq istəsəniz, bu müddətdə özünüzə hörmət etməyi də öyrənəcəksiniz.