"Nikosayagı"dan XƏBƏR VAR - Özəl 

"Palataya köçürülən bloqer Nicat Şakirlinin ümumi vəziyyəti qənaətbəxşdir".

Bu barədə TƏBİB-dən bir neçə gün əvvəl yol-nəqliyyat hadisəsində qolunu itirən bloqerin vəziyyəti ilə bağlı "Sherg.az"ın sorğusuna cavab olaraq bildirilib. 

"Xəstənin lazımi müayinə və müalicələri davam etdirilir. Həkimlərin nəzarəti altındadır".


Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.