Bu küçədə sürət həddi endirilib

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə daha bir küçədə sürət həddi endirilib.

“APA-Economics” Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bu gündən paytaxtın Fətəli xan Xoyski küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.

Qeyd olunan yol sahələrində müvafiq yol nişanları quraşdırılıb.