Azərbaycanlı jurnalistə vəzifə verildi

Jurnalist İsmayıl Nəsibli yeni vəzifəyə təyin olunub. 

"Sherg.az" xəbər verir ki, o, bu gündən fəaliyyətini Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Mətbuat katibi vəzifəsində davam etdirəcək.

Xatırladaq ki, İ.Nəsibli uzun müddət media sahəsində çalışıb. Bu günə qədər o, “Report” İnformasiya Agentliyində redaktor kimi işləyirdi.