Türkiyədə məktəbə telefonla gəlmək qadağan olunub. Bu barədə ölkənin milli təhsil naziri Yusuf Tekin elan edib.
Onun sözlərinə görə, şagirdlər telefonlarını dərsə girməzdən əvvəl təslim edəcəklər.
Bu barədə "Sherg.az"a danışan təhsil eksperti Elşən Ramizoğlu bildirib ki, mövcud qadağa Azərbaycanda da tətbiq edilsə, çox doğru qərar olar:
"Bir çox məktəblərdə şagird davranış qaydaları pilot layihə kimi tətbiq olunur. Ancaq bu məsələ ilk vaxtlar gündəmdə olsa da, sonradan çox önəm daşımadı. Şagirdlərin məktəbə telefon gətirməsi əksər hallarda tədrisə, məktəbin nizam-intizam qaydalarına ciddi şəkildə maneə törədir. Sadəcə bir çox hallarda valideynlər də övladlarının telefon gətirməsini haqlı hesab edirlər".