“Bakı Metropoliteni” QSC-də pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılır.
"Bənövşəyi xətt”in “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
Bu barədə "Sherg.az"a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, "Bakı Metropoliteni" QSC-də pilot layihə kimi yeni ödəniş üsulunun tətbiqinə başlanılması müsbət haldır:
"Bu üsulun davamının gəlməsi yaxşı olar. Ödəniş sisteminin çeşidliliyi insanların rahatlığına, komfortuna hədəflənmiş həllərdir. Yaxşı olardı ki, ödənişlərin həyata keçirilməsində NFC dəstəkləyən bank kartı, "Google pay" və "Apple Pay" kimi vasitələr təşkil edilsin. İndiyə qədər gediş yalnız "Bakı kart"la həyata keçirilirdisə, artıq QR biletlərdən istifadə olunacaq. Müsbət tendensiyadır".