Füzuliyə köçən daha 102 sakin doğma şəhərinə çatıb

Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən növbəti köç karvanı artıq mənzil başına çatıb.

APA xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə 102 nəfərdən ibarət daha 25 ailə köçürülüb.

Köçürülən ailələr Füzuli şəhərində yeni tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Füzuli şəhərində 349 nəfərdən ibarət 95 ailənin daimi məskunlaşması təmin edilib.