Güclü külək və yağış Xaçmaza ziyan vurub

Güclü külək və yağış səbəbindən Xaçmaz rayonunun 10-dan artıq kəndi elektrik enerjisiz qalıb.

"Report"un Şimal bürosu xəbər verir ki, ötən gecədən başlayaraq rayonda müşahidə edilən güclü yağış və küləkli hava şəraiti rayonun enerji təsərrüfatına ciddi ziyan vurub.

Külək həmçinin rayon ərazisindəki ağacları aşırıb, təsərrüfatlara ziyan vurub və fərdi yaşayış evlərinin damların yararsız hala salıb.

Xaçmaz Elektrik Şəbəkəsindən "Report"un yerli bürosuna bildirilib ki, ərazidə RTS, Əhmədoba, Nərəcan və digər xətlər elektrik enerjisinə mərhələli şəkildə qoşulur.

Qəzanın aradan qaldırılması üçün işlər aparılır, şəbəkənin briqadaları əraziyə səfərbər olunublar və yaxın vaxtlarda işlər tamamlandıqdan sonra kəndlərin elektrik enerjisi bərpa olunacaq.