Rauf Ağamirzəyev:Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafı üçün çox iş görüb”

“Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı istiqamətində çox iş görüb”.

“Report” xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev “Azərbaycan-Qazaxıstan: regional əməkdaşlıq” mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, bu istiqamətdə yeni dəniz limanları və dəmir yolları tikilib.

“Orta Dəhliz şaxələndirilməlidir”, - o əlavə edib.

R.Ağamirzəyev qeyd edib ki, Qazaxıstandan dəmir yolu daşımaları üçün lokomotivlərin və vaqonların alınması hesabına Azərbaycanda nəqliyyat infrastrukturu daha da yaxşılaşıb.