Azərbaycanda ictimai iaşə dövriyyəsi 22% artıb

2023-cü ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,9% artaraq 1314,7 milyon manat olub.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.


Qeyd edək ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,9%-i hüquqi şəxslərin, 49,1%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 23,2%- artaraq 657,3 milyon manat olub.