Bakı metrosundan istifadə edənlərin sayı 8%-ə qədər artıb

Cari ilin yanvar-avqust aylarında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı açıqlanıb.

"APA-Economics" Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, yeraltı nəqliyyat vasitəsindən istifadə edənlərin sayı 7,9% artaraq 138,4 mln. nəfər olub.


Ötən ilin müvafiq dövründə metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 128,4 milyon nəfər olub.