Bu xanım AZAL-a idarə rəisi təyin olundu

Azərbaycan Hava Yolları QSC-də (AZAL) yeni təyinat olub.

Axar.az xəbər verir ki, Aysel Süleymanova AZAL-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, A.Süleymanova bundan əvvəl beynəlxalq “PwC Azerbaijan” şirkətində Marketinq, Kommunikasiyalar və Biznesin İnkişafı üzrə rəhbər vəzifəsində çalışıb. Həmçinin “AmCham Azerbaijan”ın Marketinq, Kommunikasiya və Biznesin İnkişafı İşçi Qrupunun rəhbəridir.