Türk dünyası tarixində ilk! 

Sentyabrın 20-də “Bakı Birinci Türkçülük Çalışmaları” adlı simpozium keçiriləcək.

“Sherg.az” xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Türkçü Düşüncə Birliyinin təşkilatçılığı ilə təşkil ediləcək. 
Bu Azərbaycan Türk fikir tarixinin ilk Türkçülük simpozyumu olacaq. Azərbaycan Türk dünyasında bir sıra önəmli ilklərə imza atıb. Bunlardan biri 1926-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Türk dünyası tarixində ilk Türkologiya qurultayının vətənimizdə keçirilməsidir.
Təxminən bir yüz il sonra Azərbaycanda yenidən bir ilkə imza atılaraq Bakı şəhərində Türk dünyası tarixində ilk dəfə olaraq Bakı Birinci Türkçülük Çalışmaları simpozium baş tutacaq. 
Azərbaycanın köklü universitetlərindən olan Azərbaycan Dövlət Pedaqoji universitetinin belə bir fikir simpoziuma ev sahibliyi etməsi Türkçülüyün Azərbaycanda elmi-nəzəri olaraq inkişaf etdiyini göstəməkdədir.
Düşüncə tariximizin ilk Türkçülük simpoziumu olan bu tədbir ölkəmizin fikir sahəsindəki inkişafına böyük bir qatqı sunacaq. Türkçülük sahəsindəki simpozyumların davamlı olaraq keçirilməsi fikir sahəmizdəki boşluğu aradan qaldırmağı hədəfləyir. 
 
“Bakı Birinci Türkçülük Çalışmaları” simpoziumuna  aşağıdakı mövzularda məruzələr təqdim edilib:
- Azərbaycanda Türk millətinin əsas problemləri; tək etnonim məsələsinin önəmi; millət,
milliyət, etnik azlıq anlayışları;
- Milli tarix şüurunun yerləşməsi və yüksəlməsi üçün gərəkənlər;
- Millət qurucularımız, onların yaratdığı mirasın mənimsənilməsi problemi;
- Tarixi qəhrəmanlarımız sahəsində indiki durum; tarixi qəhrəman anlayışının parametrləri;
bu siyahıda yer alacaq gerçək milli qəhrəmanlarımız;
- Milli günlərimiz və simvollarımız mövzusunun önəmi; bu sahədəki əskiklərimiz;
- Türkçülük-çağdaşçılıq münasibətləri;
- Türkçülüyün İslama münasibəti;
- Turançılığın mahiyyəti; Türk Dünyasında bütünləşmənin problemləri və gələcəyi.