Emil Rəhmanoğlu vəfat etdi

Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlu dünyasını dəyişib. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, o, bu gün səhər saatlarında vəfat edib.

Yaxınlarının Axşam.az-a verdiyi məlumata görə, Emilin ürəyində problem olub və onu xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, R. Rəhmanın daha bir oğlu 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib.