Türkiyənin milli motosikletçisi Kənan Sofuoğlunun 4 yaşlı oğlu Zayn Sofuoğlu bu dəfə atasının 20 metr uzunluğundakı TIR-nı idarə edib.
Sherg.az xəbər verir ki, əvvəllər sosial şəbəkədə avtomobil və motosiklet sürərkən görüntüləri paylaşılan Kənan Sofuoğlunun 4 yaşlı oğlu Zayn Sofuoğlu bu dəfə yük maşını sürüb.
İstifadə etdiyi nəqliyyat vasitələri ilə gündəmə gələn və sosial mediada zaman-zaman tənqidlərə məruz qalan Zayn son vaxtlar iki yolsuzluq avtomobili və panel furqonlu mikroavtobus yüklü 20 metr uzunluğundakı TIR-ı idarə edib.
Zayn Sofuoğlunun adına açılan sosial media hesabında paylaşılan həmin anlar minlərlə şərh alıb.
“1 təkərdən 18 təkərə” başlıqlı paylaşımda balaca Zeyn atası Kənan Sofuoğlunun müşaiəti ilə iki yolsuzluq maşını və bir panel furqonla yüklənmiş 20 metr uzunluğundakı yük maşınından istifadə edib.