Bu gün yuxuya görə xanımını döyər, sabahsa...  - Belələri tapılmalıdır!

Yuxudan etdiyinə görə arvadını döyən kişi məhkəməlik olub.                           

İttihama görə, hadisə bu ilin yayında, saat 10 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.                                                          
Kələntər Əkbərov məhkəmədə ona elan edilmiş ittiham üzrə tam təqsirli bilinib. Onun sözlərinə görə, Səma ilə təxminən iki ildən artıqdır ki, ər-arvad kimi bir yerdə yaşayıblar. Lakin rəsmi nikahları olmayıb. Təqsirləndirilən şəxs deyib ki, hadisə günü evdə yatdığı vaxt anası gəlib, onu yuxudan oyadıb.

 Lakin yuxudan ayıla bilmədiyindən və baş ağrıları olduğu üçün ayağa qalxa  bilməyib. Aradan bir neçə dəqiqə keçəndən sonra həyat yoldaşı Səma təkrar onu oyadıb. Bu zaman Kələntər əsəbiləşərək ayağa durub əli ilə qadının sifət nahiyəsindən və sol bud nahiyəsindən təpiklə vurub. O bildirib ki, hadisə zamanı Səma sifət nahiyəsindən xəsarət alıb. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən peşman olduğunu söyləyib.                                                                      
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən psixoloq Elmir Əkbər hadisəyə munasibətini bildirib:                                                                                                   
 "Onların nigahları yoxdursa, bu vəziyyətdə ər arvadını döymüş hesab olunmur. Bir kişinin qadını döyməsini müşahidə etmiş oluruq. Yuxuya görə bu əməli törədən şəxsin düşüncəli, normal adam hesab etmək olmaz. Yaxşı olardı ki, belə adamları cəmiyyətdən ömürlük təcrid etsinlər. Bu gün bunu edən şəxs sabah ciddi səbəbə görə daha böyük təhlükə  yarada bilər.  Bu tip absurd və anormal insanlər hər dövrdə olub və olacaq ".                                                                                                                
Ekspert qeyd edib ki, burada ən böyuk faktor son zamanlar aqressiyanın dərəcəsi çox artmasıdır:                                                                                    
 "Yüksəlmiş aqressiyanın fonunda normal və qeyri-normal düşüncələrinin acı, zəhərli, məhsullarını başqa insanlara ötürürlər. Ona görə də bu istiqamətdə psixoloji müvafiq işlər aparılmalıdır ki, cəmiyyətin aqressiya dərəcəsi aşağı düşsün. Belə qeyri-adekvat insanlar aşkarlanmalıdır. Onlarla xüsusi proqram əsasında işlənilməlidir. Hələ orta məktəb dövründən belələri aşkar olunub müvafiq işlər görülməlidir".