Türkiyənin İzmir şəhərində 35 həftəlik hamilə olan və beyin şişi aşkarlanan 28 yaşlı Özlem Serbes diaqnozdan 1 həftə sonra dünyasını dəyişib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı Serbesin 35 həftəlik körpəsi ana bətnindən çıxarılıb. Gənc qadından qalan tək xatirə onun inkubatorda övladına son dəfə toxunduğu şəkli olub.
Özlem Serbesin əri Toqay Serbes gənc qadının ölüm xəbərini aldıqdan sonra ailəsi ilə birlikdə onun orqanlarını bağışlamağa qərar verib.
Orqanları bağışlanan gənc qadın 6 nəfərə ümid olub. Orqanlar müxtəlif əyalətlərdə transplantasiya gözləyən xəstələrə köçürülüb.
Ana Özlem Serbes son dəfə inkubatorda körpəsini öpüb, iyisini alıb, körpəsi ilə vidalaşıb. Gənc qadından qalan yeganə şey onun uşağını son dəfə gördüyü və onun əlindən tutduğu şəklidir.
Səhhətinin yaxşı olduğu müəyyən edilən körpə daha sonra evə buraxılıb.