Şuşa o vaxt azad oldu ki, illərlə bu günün həsrətindən yanıb qovrulduq.
Hər bir dövlət onda qüdrətli olur ki, onun güclü ordusu var. Azərbaycan dövləti də müstəqillik əldə edəndən sonra ilk növbədə ordunun möhkəmləndirilməsinə çalışdı. Güclü ordu, qüdrətli dövlət deməkdi.
Beləliklə hər il 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü kimi qeyd olunur.
Xatırladım ki, 26 iyun 1918-ci ildə Azərbaycanın Milli ordusunun yaradılmasına başlanılıb.General- leytinant Əliağa Şıxlınski isə nazir müavini təyin edilib . Qısa müddətdə Milli Ordu osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib.
Azərbaycanın Milli Ordusu da 30 il həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad edərək, adını tarixə yazdı. Şuşanın azad olunması bir möcüzə oldu. Bax bu möcüzəni yaradanlar, Şuşa fatehləri bizim fəxrimiz bizim qürurumuzdu. Belə qəhrəman igidlərdən filimlər çəkilməli, kitablar yazılmalıdı. Birlik olaraq belə igid oğullarımızdan bəhs edən filim ərsəyə gətirdik..
Beləliklə Erməni Təcavüzünün Tanıdılması İçtimai Birliyinin “Ordum varsa, yurdum var” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin QHT-na Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə sənədli filim çəkildi.
Filim 44 günlük Vətən müharibəsində Şuşanın alınmasında, sücayət göstərən oğullarımızdan bəhs edir. Layihə çərçivəsində çəkilən bu filmin rejissoru Elvin Eminlidir. Filmdə Şuşa fatehləri qazilər Cavid Həsənov və Şiraz Həsənov Şuşanın alınmasında necə çətinliklərə tab gətirdiklərini söyləyirlər. O gün neçə-neçə oğullarımız Can Azərbaycan deyərək əbədiyyətə qovuşanarın şahidi olduq.