Bu işçilərin maddi təminatı yaxşılaşdırılacaq

Bizdə olan məlumata görə, icra məmurlarının fəaliyyəti ilə əlaqədar müəyyən qanun layihəsi üzrə işlər aparılır. O cümlədən, özəl icra məmurları ilə bağlı.

Trend-in məlumatına görə, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, icra məmurlarının maddi təminatı məsələsinin həlli istiqamətində müəyyən işlər görülür.

“Burada müəyyən fikirlər var. Onlar tam hazır olduqdan sonra, yəqin ki, parlamentə müvafiq layihə təqdim olunacaq”, - deyə nazir əlavə edib.