Naxçıvana avtobus reyslərinin sayı artırıldı

Naxçıvana avtobus reyslərinin sayı artırılıb.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun hərəkət qrafikində saat 19:00-a daha bir reys əlavə olunub:

"Bununla da reyslərin sayı 4-ə çatdırılıb. Hazırda sərnişinlər biletim.az portalı üzərindən saat 09:00, 19:00, 20:00 və 21:00 reyslərinə bilet əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan-İran Birgə Qarışıq Komissiyasının Bakıda keçirilən iclasında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayının artırılması barədə razılıq əldə olunub. İlkin mərhələdə marşrutun hərəkət qrafikinə 1 reys əlavə edilib. Növbəti mərhələdə reyslərin sayının 6-ya qədər artırılması planlaşdırılır".