Mebeldəki ləkələri asanlıqla təmizləməyin yolu...

Taxta mebelin üzərinə qoyulan əşyalar ləkəyə səbəb ola bilər. Xüsusilə şüşələr, tərkibində maye olan butulkalar və isti əşyalar ağacda ləkələr yaradır. Beləliklə, taxta mebelinizdəki su ləkələrini necə çıxara bilərsiniz? 

Sherg.az xarici mediaya istinadən  mebeli dəyişdirmədən ləkələrdən qurtulmağın 2 yolunu təqdim edir.

Nəm bir parça götürün və diş pastasını parçanın üzərinə sıxın. Mebelləri bu yapışqan parça ilə təmizləyin. Bu üsulla çox köhnə su ləkələrini belə çıxara bilərsiniz.


Bir çay qaşığı mayonezin içinə bir paket qabartma tozu qoyun və ikisini yaxşıca qarışdırın. Bu qarışığı ləkə sahəsinə çəkin. Sonra üzərinə pambıq parça qoyun və buxarsız ütü və ya saç qurutma maşını ilə qızdırın.