Həyatın xaosunda eyni anda bir çox fərqli rolu idarə etməyə çalışmaq insanı yorar və bəzən mutsuz edər. Bəs xoşbəxtliyi necə tapmaq olar? Sherg.az mütəxəssislərə istinadən 6 məsləhəti təqdim edir:
Xoşbəxtliyə çatmağa çox diqqət yetirmək bədbəxtlikdən qaynaqlanır. Odur ki xoşbəxtliyi itirilmiş bir hal kimi düşünmək yerinə sizi xoşbəxt edəcək fəaliyyətlər tapmalısınız.
Lazım olmayan hər şeyi bir kənara qoyun. Sizə faydasız olan əşyalardan qurtulmağa çalışın. Köhnə düşüncələrinizdən, gələcəklə bağlı narahatlıqlarınızdan və qorxularınızdan uzaqlaşın. Siz yüngülləşdikcə zehniniz rahatlaşacaq və beləliklə xoşbəxtliyiniz artacaq.
Pozitiv düşünərək xoşbəxtliyinizi artıra bilərsiniz. Sahib olduqlarınıza və sevdiyiniz insanların yanında olduğunuza görə şükkürlər edin. Özünüzə və ya yaxınlarınıza kiçik motivasiya qeydləri yazın. Zaman zaman özünüzü mükafatlandırın.
"Həyat sənin üçün nə deməkdir?" sualına cavab verməyə çalışın. Həyatınızdan və ya nədən razı deyilsinizsə, birincisi, bu işdə sizin də payınız olduğunu qəbul edin, onu dəyişdirmək niyyətində olun və istədiyinizə nail olmaq üçün səy göstərin.
Keçmiş pis şeyləri unudun və xoşbəxt xatirələrə diqqət edin. Bu yolla siz həyata daha optimist baxa və xoşbəxt ola bilərsiniz.
Ümumi mədəniyyətinizi artırmaqla da xoşbəxtliyinizi artıra bilərsiniz. Bu səbəbdən yaşadığınız yerdə sərgilər, muzeylər, konsertlər və ya teatr və kino kimi fəaliyyətlərdən xəbərdar olun. Boş vaxtınızı mədəni fəaliyyətlərlə keçirməyə çalışın.