Xəstəxanaya yerləşdirilən meyxanaçının son durumu necədir? – Dostu danışdı

“Xəyyamın son durumu ürək açan deyil. Ürək döyüntüsü artmalıdır ki, əməliyyat oluna bilsin”.
Bu sözləri Globalinfo.az-a meyxanaçı Mehman Əhmədli həmkarı Xəyyam Əhmədlinin səhhəti ilə bağlı danışarkən deyib.
O, həmkarının insult keçirdiyini bildirib:
“Xəyyamın şəkəri də yüksəkdir. Bundan başqa, ciyərlərinə də su yığılıb. Allahın iznilə müalicə vasitəsilə onu aradan qaldıracaqlar. Hazırda müalicələri davam etdirilir. Ürək döyüntüsü artan kimi, açıq ürək əməliyyatı edəcəklər”.