Paşayevanın parlamentdəki şəxsi əşyaları ailəsinə verildi

Mərhum deputat Qənirə Paşayevanın parlamentdəki iş otağındakı şəxsi əşyaları ailə üzvlərinə təhvil verilib.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, komitə sədrinin ölümündən bir həftə sonra ailə üzvləri Milli Məclisə dəvət ediliblər.
Deputatın yaxınlarına onun iş otağındakı şəxsi əşyalarını götürmək üçün şərait yaradılıb.
Məlumata görə, Qənirə Paşayevanın parlamentdəki ofisi hələlik istifadə edilmir.