Araşdırma aparıldı: Xoşbəxtliyin qiyməti 1 milyon dollardır

Xoşbəxtliyi pulla  almaq olurmu? Əsrlər boyu verilən bu sual öz cavabını tapıb. Araşdırmaya görə, amerikalıların 60 faizi pulun xoşbəxtlik gətirəcəyinə inanır. Xoşbəxtlik üçün lazım olan pul ən azı 1 milyon dollardır.

Sherg.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, məlum olub ki, müəyyən bir sərvət insanlar üçün xoşbəxt olmaq meyarına cavab verir.


 
ABŞ-ın “Empower” tədqiqat şirkəti “Maliyyə Xoşbəxtliyi Hesabatı”nı dərc edib. Sorğuda iştirak edən amerikalıların 60 faizi deyir ki, pulla xoşbəxtliyi almaq olur. Müəyyən bir sərvət əldə etmək xoşbəxtliyin açarı kimi görülür.

Sorğunun nəticələrinə görə, maddi xoşbəxtliyin dəyəri 1,2 milyon dollardır.  Yəni bankda və ya seyfində bu qədər pulu olan adam xoşbəxt olacağına inanır.


Sorğuda iştirak edən 10 nəfərdən 7-si “Pul bütün problemləri həll edir” deyib.

Amerikalıların yaxşı maaş gözləntisi ildə orta hesabla 285 min dollardır.

Y nəsli üçün bu gözlənti hər il 500 min dolları keçir. Ən aşağı maaş gözləntisi ildə 130 min dollarla X nəslinə aiddir.

Sorğu iştirakçıları xoşbəxtliyə aparan yol kimi vaxtında ödənilən hesabları, borcsuz yaşamağı və gündəlik dəbdəbəli xərcləri göstərirlər.